XXI əsrdə milli komandada ən uzun qol seriyasına malik futbolçuların siyahısı açıqlanıb.
Apasport.az xəbər verir ki, cədvəli İFFHS tərtib edib.
Dörd futbolçu bu müddətdə ardıcıl 8 oyunda öz yığması üçün qol vurub. Edin Dzeko bunu bacaran ilk hücumçudur. Bosniya və herseqovinalı forvardın rekordunu Məhəmməd Salah (Misir), Aleksandar Mitroviç (Serbiya) və Lionel Messi (Argentina) də təkrarlayıb.
Qeyd edək ki, 7 oyunluq qol seriyasına 6 oyunçu nail olub. Bu futbolçular Yan Koller (Çexiya), Məhəmməd Əl-Şəhlavi (Səudiyyə Ərəbistanı), Robert Levandovski (Polşa), Kriştiano Ronaldo (Portuqaliya), Riyad Mahrez (Əlcəzair) və Erlinq Halanddır (Norveç).