"Aston Villa"nın yarımmüdafiəçisi Filipe Koutinyo karyerasını "Vasko da Qama"da davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
32 yaşlı futbolçu artıq Braziliya klubu ilə müqaviləni razılaşdırıb. İngiltərə klubu da futbolçunun komandadan getməsinə icazə verib.
Qeyd edək ki, Koutinyo "Vasko da Qama"nın yetirməsidir. Braziliyalı futbolçu karyerası ərzində "İnter", "Espanyol", "Liverpul", "Barselona" və "Bavariya" kimi klublarda da çıxış edib. Bu illər ərzində yarımmüdafiəçi müxtəlif komandalarla UEFA Çempionlar Liqası və Amerika kubokunda ümumilikdə 11 kubok qazanıb.