Premyer Liqada 8-ci 
03.10.2022 - 11:10
Premyer Liqada 8-ci 

“Qarabağ” Misli Premyer Liqasının 2022/23 mövsümünün startında ardıcıl 7-ci qələbəsini qazanıb. 

Apasport.az saytının məlumatına görə, VIII turda “Neftçi” ilə görüşən Qurban Qurbanovun yetirmələri xal itkisi ilə üzləşməyən yeganə komandadır.

Bu, ölkə çempionatları tarixində 8-ci belə seriyadır. Cari mövsümədək 7 dəfə bir klub ilk yeddi qarşılaşmada xal itirməyib.
“Qarabağ” ikinci dəfə bunu bacarıb. Ağdamlılar 2019/20 mövsümünə də belə başlayıb.

Tarixdə yalnız 4 komanda belə starta imza atıb. “Qarabağ”dan başqa, “Neftçi” dörd (1992, 1994/95, 1996/97, 2000/01), “Şəfa” (2003/04) və “Xəzər Lənkəran” (2007/08) hərəyə bir dəfə ilk yeddi görüşdə qalib gəlib.

Qeyd edək ki, “Qarabağ” “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0