“Barselona”nın baş məşqçisi Xavi Ernandes Avropa Liqası (AL) ilə bağlı hədəflərini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis Çempionlar Liqasında qrupu 3-cü pillədə başa vuraraq ikinci dərəcəli klub turnirinə yuvarlanan komandasının AL-ə ciddi yanaşacağını bildirib.
Xavi məqsədlərinin turniri qazanmaq olduğunu deyib: “Çempionlar Liqasında balans mənfidir, fürsətlərdən istifadə etməlisən. Biz bunu edə bilmədik. “Barselona” indi Avropa Liqasının qalibi olmağa namizədlərdən biridir. Finala yüksəlib qalib gəlməyə borcluyuq. Bu, komanda üçün meydan oxumaq baxımından şansdır”.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində 2-ci yeri tutsa, pley-offda potensial rəqiblərindən biri “Barselona” olacaq. Azərbaycan çempionu son matçını sabah evdə “Frayburq”a qarşı keçirəcək.