İngiltərə - Azərbaycan matçının stadionu dəqiqləşib
15.08.2024 - 17:52
İngiltərə - Azərbaycan matçının stadionu dəqiqləşib

21 yaşadək futbolçulardan ibarət milli komandamızın Avropa çempionatının seçmə mərhələsində İngiltərə yığması ilə keçirəcəyi səfər oyununun məkanı müəyyənləşib.

Apasport.az xəbər verir ki, F qrupu çərçivəsində təşkil olunacaq görüş Bristol şəhərində yerləşən “Ashton Gate” stadionunda baş tutacaq.

Qeyd edək ki, qarşılaşma oktyabrın 15-də keçiriləcək. Matçın başlama saatı ilə bağlı daha sonra məlumat veriləcək.

writer photo
Əlirza Əlirzalı
0