Salahdan yeni REKORD
02.01.2024 - 11:19
Salahdan yeni REKORD

İngiltərədə Premyer Liqanın 20-ci turunda "Liverpul" "Nyukasl"ı 4:2 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, bu qarşılaşmada misirli hücumçu Məhəmməd Salah dubla imza atıb. O, matçdakı ilk dəqiq zərbəsi ilə qollarının sayını 150-yə çatdırıb. 

Salah çempionat tarixində bir klubla bu qədər qol vuran 5-ci oyunçudur. Yalnız "Tottenhem"də Harri Keyn (213), "Mançester Siti"də Serxio Aquero (184), "Mançester Yunayted"də Ueyn Runi (183) və "Arsenal"da Tyerri Anri (175)  bir klubda Premyer Liqada daha çox qol vurub. 



 

writer photo
Əlirza Əlirzalı
0