Qadın boksçularımız Millətlər kubokunda mübarizəyə başlayırlar
16.01.2024 - 18:25
Qadın boksçularımız Millətlər kubokunda mübarizəyə başlayırlar

Bu gün Serbiyanın Sombor şəhərində qadın boksçular arasında Millətlər kuboku start götürəcək.

Apasport.az Boks Federasiyasına istinadla xəbər verir ki, 6 gün davam edəcək beynəlxalq turnirdə Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Yığmanın məşqçisi İlkin Ağayevin rəhbərliyi altında Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (81 kq) böyüklərin yarışında mübarizə aparacaq.

Banuçiçək Nəsirli (46 kq) yeniyetmələr, Aynur Mikayılova (54 kq) və Emili Rzayeva (63 kq) isə gənclər arasında qüvvəsini sınayacaq.

writer photo
Əlirza Əlirzalı
0