Güləşçilərimiz beynəlxalq turnirə qatılacaqlar
20.09.2024 - 17:17
Güləşçilərimiz beynəlxalq turnirə qatılacaqlar

Sentyabrın 24-25-də Rusiyanın Tümen şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir baş tutacaq.

Apasport.az xəbər verir ki, dünya və Avropa çempionu, olimpiya mükafatçısı Vladimir Çeboksarovun adına keçiriləcək bu turnirdə Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandaları mübarizə aparacaq.

Azərbaycanı yarışda baş məşqçi Aleksandr Tarakanov və məşqçi Kamran Məmmədovun rəhbərliyi ilə Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli və Fərid Baxışlı (63 kq), Ülvü Qənizadə və Faiq Səfərli (72 kq), Qurban Qurbanov (82 kq) təmsil edəcək.

Komandamız sabah Rusiyaya yola düşəcək.

writer photo
Əlirza Əlirzalı
0