Levandovski fikrindən dönmür - SƏBƏB
17.06.2022 - 17:16
Levandovski fikrindən dönmür - SƏBƏB

Roberto Levandovski “Bavariya”dan ayrılmaq istədiyini növbəti dəfə dilə gətirib.

Apasport.az saytının məlumatına görə, Polşa millisinin lideri yerli mətbuata açıqlamasında bunu bir daha təsdiqləyib.

34 yaşlı forvard hesab edir ki, bununla almanlarda yeni transferlərə də yol açılacaq: “Ümid edirəm ki, “Bavariya” azarkeşləri bir gün məni başa düşəcəklər. Müqaviləmin bitməsinə bir il qalıb. Ona görə də klubdan transferimə razılıq verməsini xahiş etdim. İndiki vəziyyətdə bu, ən yaxşı həll yoludur. Üstəlik, mənim gedişimlə klub yeni transfer üçün də pul ayıra biləcək. Nəyisə məcbur etmək istəmirəm. Söhbət ən yaxşı həll yolunu tapmaqdan gedir. Siz emosiyalara təslim olmamalısınız, mən media vasitəsilə deyil, sakit danışmaq istəyirəm”.

Qeyd edək ki, Robert Levandovski “Barselona” ilə şəxsi müqaviləni razılaşdırıb. “Bavariya” onun transferi üçün İspaniya klubundan 40 milyon avro tələb edib.
 

writer photo
Əlirza Əlirzalı
0