"Sabah"da yeni müqavilə
22.11.2022 - 19:47
“Sabah” Futbol Akademiyasında yeni müqavilə bağlanıb.
Apasport.az xəbər verir ki, paytaxt klubunun sabiq futbolçusu Rəşad Eyubov bundan sonra U-19 komandasında köməkçi məşqçi kimi çalışacaq.
Qeyd edək ki, Eyubov 2018/19 və 2019/20 mövsümlərində “Sabah”ın şərəfini qoruyub. O, əsas komandanın heyətində 24 oyun keçirib, 3 qol vurub.
0
0