Paris-2024: Uğurla Olimpiadaya doğru - FOTO
18.07.2024 - 21:58
Paris-2024: Uğurla Olimpiadaya doğru - FOTO

Paris şəhərində XXXIII Yay Olimpiya Oyunlarının başlamasına cəmi bir həftə qalıb.

Apasport.az Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançılarımız Olimpiadaya yarış proqramına uyğun olaraq, ayrı-ayrı günlərdə yollanacaqlar.

Azərbaycan Oyunlarda 15 idman növü, 17 proqram üzrə 48 idmançı ilə təmsil olunacaq. Dünən Gənclər və İdman Nazirliyi olimpiyaçılarımız üçün yolasalma mərasimi təşkil edib və tədbirdə idmançılarımızın Paris-2024 üçün geyim formaları da təqdim edilib.

Paris Azərbaycan Olimpiada tarixi üçün bir sıra ilklərlə də yadda qalacaq. 15 idman növündə təmsil olunmaq ölkəmiz üçün yeni rekorddur. Bundan başqa, batut gimnastikası və basketbol 3x3 idman növlərində ilk dəfə təmsil olunacağıq. Daha bir yenilik Olimpiya Oyunlarında ölkəmizin ilk dəfə qadın badmintonçu ilə də təmsil olunmasıdır.

Komandamızın 48 idmançıdan 28-i kişi, 20-si qadın idmançıdır. 43 nəfərin ilk, 3 nəfərin 2-ci, 2 nəfərin 3-cü və 1 nəfərin 5-ci Olimpiadasıdır. Ən gənc olimpiyaçımızın 18, ən təcrübəli idmançımızın isə 38 yaşı var.

Azərbaycan idmançıları Olimpiya Oyunlarında mübarizəyə iyulun 25-də kamandan oxatanımız Yaylagül Ramazanovanın çıxışı ilə start verəcəklər. Olimpiadada son nöqtəni isə sərbəst güləşçilərimiz Hacı Əliyev və Maqomedxan Maqomedov qoyacaqlar.

Qeyd edək ki, Olimpiada iyulun 26-dan avqustun 11-dək davam edəcək.

writer photo
Əlirza Əlirzalı
0