Xorvatiyalı forvard “Beşiktaş”da
28.07.2023 - 23:53
“Beşiktaş” xorvatiyalı hücumçu transfer edəcək.
Apasport.az saytı xəbər verir ki, klub Ante Rebiçlə ilkin razılıq əldə edib.
İstanbul klubu “Milan”a futbolçunun icarə edilməsi təklifini versə də, rədd cavabı almışdı. Sonda tərəflər 2 milyon avroya ortaq məxrəcə gəliblər. Rebiç “Beşiktaş”la iki illik müqavilə bağlacaq. Onun bazar günü Türkiyəyə gəlməsi və tibbi müayinədən keçməsi gözlənilir.
Qeyd edək ki, Ante “Milan”da 4 mövsüm keçirib. O, Milan klubunda 100 oyunda 27 qol vurub.
0
0