Firminoya Premyer Liqadan elçi
31.12.2023 - 14:21
Firminoya Premyer Liqadan elçi

"Şeffild Yunayted" hücum xəttini gücləndirir.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun mərkəz hücumçusu Roberto Firminonun xidmətində maraqlıdır.
 
Onun oyunu ərəbləri qane etmir. Bu üzdən asiyalılar Firminonu klubdan göndərmək qərarına gəliblər.

Avropanın bir çox klubundan təklif almasına baxmayaraq, karyerasını Ərəbistan yarımadasında davam etdirən braziliyalı futbolçu ilk oyununda het-trik etsə də, növbəti matçlarda qol vura bilməyib. İngiltərə Premyer Liqasında sonuncu sırada yer alan Şeffild təmsilçisinin çalışdırıcısı Kris Vilder 32 yaşlı futbolçunu komandada görmək istəyir. İngilis mütəxəssis onun transferini yaxın günlərdə yekunlaşdırmaq niyyətindədir.

Qeyd edək ki, Firminonun "Əl-Əhli" ilə sözləşməsi 2026-cı ilə qədərdir. Braziliyalı forvard çıxdığı 16 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0