Mundialda ilk sınaq
27.10.2023 - 10:52
Mundialda ilk sınaq

Minifutbol üzrə Azərbaycan millisi bu gün dünya çempionatında ilk oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığmamız İraqla qarşılaşacaq.

Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Komandamızın yer aldığı G qrupunun digər matçında Misirlə Küveyt üz-üzə gələcək.

Qeyd edək ki, yığmamız oktyabrın 29-da Misir, 31-də isə Küveytlə qarşılaşacaq.

Dünya çempionatı
G qrupu
27 oktyabr
21:00. Azərbaycan – İraq 

 

writer photo
Əlirza Əlirzalı
0