Monteneqrolu hücumçu “Sumqayıt”da - Rəsmi
13.07.2024 - 22:34
Monteneqrolu hücumçu “Sumqayıt”da - Rəsmi

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

Apasport.az xəbər verir ki, Sumqayıt komandası son olaraq Xorvatiyanın “Qoritsa” klubunda çıxış etmiş Nikola Vuynoviç ilə 1+2 illik müqavilə imzalayıb.

Bu barədə klub rəsmi sosial şəbəkə hesabından məlumat yayıb. 

27 yaşlı hücumçu komandada 9 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” FK bu günə qədər Rəhim Sadıxov, Fernando Medeiros və Slavişa Radoviçin keçidini rəsmiləşdirib.

writer photo
Əlirza Əlirzalı
0