Levandovski də ərəb karvanına qoşula bilər
02.10.2023 - 18:23
Levandovski də ərəb karvanına qoşula bilər

Ərəblərin Robert Levandovski israrı davam edir.

Apasport.az saytı xəbər verir ki, “Barselona”nın 35 yaşlı hücumçusu Səudiyyə Ərəbistanının 4 klubunun diqqət mərkəzindədir.

Polşalı forvardın transferi üçün danışıqları davam etdirən yarımada təmsilçiləri mövsümün sonunda bu istəklərini həyata keçirəcəklərinə inanırlar. Kataloniya təmsilçisi isə gözləmə mövqeyindədir. Onlar 2025-ci ilin yayına kimi komandaya bağlı olan Levandovskinin bu mövsümkü nəticəsinə görə qərar verəcəklər.

Qeyd edək ki, yeni mövsümdə 9 matça çıxan Levandovski 6 qol və 4 məhsuldar ötürmə müəllifidir.

writer photo
Əlirza Əlirzalı
0