Azərbaycanın basketbol yığmaları təsnifat mərhələsində mübarizəyə başlayır
08.06.2024 - 11:53
Azərbaycanın basketbol yığmaları təsnifat mərhələsində mübarizəyə başlayır

Bu gün Azərbaycanın kişi və qadınlardan ibarət 3x3 basketbol yığmaları Avropa Kubokunun təsnifat mərhələsində mübarizəyə başlayacaqlar.

Apasport.az xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunan mərhələdə kişilərdən ibarət yığma ilk oyununu Ermənistana qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.

Komandamız eyni gündə daha üç matç keçirəcək. Yığma müvafiq olaraq, Kosovo, Kipr və Albaniya ilə qarşılaşacaq.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi isə ilk görüşündə Malta ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:50-də başlayacaq. Yığma saat 23:20-də isə Lüksemburqla münasibətlərinə aydınlıq gətirəcək.

writer photo
Əlirza Əlirzalı
0