PSJ müdafiəçisini icarəyə verir
01.09.2023 - 13:13
PSJ müdafiəçisini icarəyə verir

PSJ-nin futbolçusu Xuan Bernatı heyətinə qatmaq istəyən klub müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Benfika”ya keçə bilər.

Portuqaliya klubu İspaniya millisinin üzvünü icarəyə götürməyi planlaşdırır. Parislilər bu keçidin əleyhinə deyil. Bernatın yaxın günlərdə yeni klubuna qoşulacağı gözlənilir.

Qeyd edək ki, müdafiəçi 2018-ci ildən Fransa klubunda forma geyinir. O, “Bavariya”dan PSJ-yə keçib.

writer photo
Əlirza Əlirzalı
0