“Atletiko”dan 80 milyonluq TƏLƏB
16.10.2023 - 17:07
“Atletiko”dan 80 milyonluq TƏLƏB

“Atletiko”nun “Barselona”ya icarəyə verdiyi Joao Feliksin transferi üçün istədiyi məbləğ bəlli olub.

Apasport.az xəbər verir ki, Madrid klubu onun üçün 80 milyon avro tələb edir.

Kataloniya təmsilçisi maliyyə durumu üzündən 23 yaşlı portuqaliyalı üçün bu vəsaiti ödəməkdə çətinlik çəkir. “Barselona” Feliksi iki ildən sonra yenidən icarəyə götürməyə üstünlük verir.

Qeyd edək ki, Feliks cari mövsümün 8 oyununda 3 qol və 3 assistə imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0