İngiltərə - İran görüşündə 201 əmsalı tutdu – dəqiq hesab
22.11.2022 - 11:47
İngiltərə - İran görüşündə 201 əmsalı tutdu – dəqiq hesab

Bukmeker kontorlarında DÇ-2022 ilə bağlı ilk yaddaqalan uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, çempionatın ikinci oyun günündə baş tutan İngiltərə - İran qarşılaşması iki proqnozsevər üçün unudulmaz qalacaq.

Bukmeker kontorunun iki müştərisi qarşılaşmanın dəqiq hesabını təxmin edərək İngiltərənin 6:2 hesablı qələbəsini proqnozlaşdırıb. Onlar hərəyə 10 funt sterlinq (20 manat) qoyuluş edib.

Amma bu betterlərin aqibəti fərqli olub. Onların biri görüşün sonlarında bukmeker kontorundan aldığı təklifi dəyərləndirərək 14 funt sterlinq (28 manat) götürməyə razılaşıb.

Səbirli olan digər proqnozsevər isə hakimin final fitinə qədər gözləyib. 90+13-cü dəqiqədə Mehdi Tareminin vurduğu top 6:2 hesabını rəsmiləşdirib.

Bununla da proqnozsevərin 201 əmsallıq mərci özünü doğruldub. O, 2010 funt sterlinq (4 min 200,42 manat) uduş əldə edib.

Qeyd edək ki, B qrupunun görüşündə İngiltərə hər hissədə üç qol vurub. İran yığmasının hər iki topu ikinci hissəyə təsadüf edib.
 

writer photo
Əlirza Əlirzalı
0