Minamino Premyer Liqa klubuna keçməkdən imtina etdi
23.06.2022 - 00:00
Minamino Premyer Liqa klubuna keçməkdən imtina etdi

“Liverpul”un futbolçusu Takumi Minamino “Vulverhempton”a keçməkdən imtina edib.

Apasport.az saytının məlumatına görə, hücumçu karyerasını Fransada davam etdirmək istəyir.

Bu üzdən də Minamino “canavarlar”ın təklifini rədd edib. Yaponiyalı “Monako”ya keçmək niyyətindədir.

Qeyd edək ki, Liqa1 klubu “Liverpul”la razılıq əldə edə bilib. Keçid üçün 18 milyon avro ödəniləcək.

writer photo
Əlirza Əlirzalı
0