Millimizdən SIÇRAYIŞ
24.11.2023 - 13:57
Millimizdən SIÇRAYIŞ

Milli komandaların FİFA reytinqi ilə bağlı ehtimallar cədvəli açıqlanıb.

Apasport.az xəbər verir ki, yığmaların noyabr reytinqindəki təxmini mövqeləri bəlli olub.

Azərbaycan yığması 1174,22 xalla 114-cü yerdə qərarlaşacaq. Canni de Byazinin rəhbərliyi altında son iki oyununa çıxan millimiz ötən cədvəllə müqayisədə 6 pillə irəliləyəcək.

Buna səbəb AVRO-2024-ün seçmə mərhələsinin bu ay baş tutan iki matçıdır. Evdə İsveçi 3:0 hesabı ilə yenən millimiz səfərdə Belçikaya uduzsa da (0:5), həm xal sayını, həm mövqeyini yaxşılaşdıracaq. Komandamız 6 yığmanı - Namibiya, KXDR, Anqola, Toqo, Estoniya və Qambiyanı arxada qoyacaq.

Qeyd edək ki, FİFA reytinqi noyabrın 30-da açıqlanacaq.

writer photo
Əlirza Əlirzalı
0