"Murov" çempionata qələbə ilə başladı - FOTOLENT
23.12.2022 - 20:46
"Murov" çempionata qələbə ilə başladı - FOTOLENT

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha bir oyun keçirilib.

Apasport.az xəbər verir ki, I tur çərçivəsində “Murov” “Neftçi” ilə üz-üzə gəlib. 

Voleybol Mərkəzində təşkil olunan qarşılaşmaya üstün başlayan “Neftçi” ilk setdə 25:20 hesabı ilə qalib gəlib. İkinci hissədən təşəbbüsü ələ alan “Murov” sonrakı setlərdə 25:15, 25:17 və 25:14 hesabı ilə qələbə qazanıb – 3:1. 

Bununla da ilk turdan sonra aktivinə 3 xal yazdıran “Xarı bülbül” və “Murov” turnir cədvəlində 1-ci və 2-ci yerdə qərarlaşıblar. “Neftçi” və MOİK isə turu xalsız başa vurub.

Azərbaycan çempionatı 
Yüksək Liqa (kişilər)
I tur
“Murov” – “Neftçi 3:1 (20:25, 25:15, 25:17, 25:14)

writer photo
Əlirza Əlirzalı
0