Türkiyə millisinin heyətində dəyişiklik olub
04.09.2024 - 17:17
Türkiyə millisinin heyətində dəyişiklik olub

Semih Kılıçsoy UEFA Millətlər B Liqasında Uels və İslandiya ilə matçlar üçün Türkiyə millisinin heyətindən uzaqlaşdırılıb.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb. 

Açıqlamada Semih Kılıçsoyun zədəsi səbəbindən heyətdən uzaqlaşdırıldığı bildirilib

Onun əvəzində Mustafa Hekimoğlunun U21-in heyətində yer aldığı qeyd edilib.

Türkiyə millisi UEFA Millətlər B Liqasında ilk oyununu sentyabrın 6-da Uelslə səfərdə keçirəcək, sentyabrın 9-da isə İzmirdə İslandiyanı qəbul edəcək.

writer photo
Əlirza Əlirzalı
0