"Sabah"da növbəti ayrılıq
24.05.2022 - 12:28
“Sabah” daha bir futbolçusu ilə yollarını ayırıb.
Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, Şpiro Periçiç paytaxt təmsilçisi ilə vidalaşıb.
28 yaşlı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Bu üzdən xorvatiyalı oyunçu azad agent statusu alıb. Periçiç “Sabah”a ötən ilin yayında “Maribor”dan keçmişdi.
Qeyd edək ki, “Sabah” buna qədər digər müdafiəçisi Slavik Alxasovla da sağollaşıb.
0
0