"Neftçi" yeni transferini rəsmi olaraq açıqladı
22.07.2024 - 22:59
"Neftçi" yeni transferini rəsmi olaraq açıqladı

Yeni mövsümə hazırlaşan "Neftçi" almaniyalı futbolçu Robert Baueri transfer edib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı müdafiəçi ilə 3 illik müqavilə bağlanıb.

O, "ağ-qaralar"ın heyətində 23 nömrəli formanı geyinəcək.

writer photo
Əlirza Əlirzalı
0