Şahmatçımız Dünya kubokuna vəsiqə qazanıb
20.11.2024 - 10:11
Şahmatçımız Dünya kubokuna vəsiqə qazanıb

Azərbaycan şahmatçısı Rauf Məmmədov Dünya kubokuna vəsiqə qazanıb.

Apasport.az xəbər verir ki, 36 yaşlı qrossmeyster buna Monteneqroda keçirilən Avropa çempionatında 14-cü yeri tutmaqla nail olub.

Məmmədov yarışın son turunda Momçil Petkovla (Bolqarıstan) qarşılaşıb və qələbə qazanıb. Bununla da aktivindəki xalını 7,5-ə yüksəldən şahmatçımız çempionatı 14-cü yerdə bitirib. Bu mövqe ona Dünya kubokuna vəsiqə verib. Yarışda digər təmsilçilərimiz ilk “20-liy”ə düşə bilməyiblər.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 22 şahmatçı təmsil edib. Yarışın qalibi 9 xal toplayan serbiyalı Aleksandar İnciç olub. Avropa çempionatında ümumilikdə 395 şahmatçı iştirak edib. 100 min avro mükafat fondu olan yarışın qalibi 20 min avro əldə edib.

writer photo
Əlirza Əlirzalı
0