Elmar Baxşıyev: "Araz-Naxçıvan"ın Bakıda oynaması sırf bizdən asılı deyil“ - MÜSAHİBƏ
07.07.2024 - 16:17
Elmar Baxşıyev: "Araz-Naxçıvan"ın Bakıda oynaması sırf bizdən asılı deyil“ - MÜSAHİBƏ

"Bu gün "Araz-Naxçıvan"ın Bakıda oynaması sırf bizdən asılı deyil, stadionla bağlı problem var"

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Apasport.az saytına müsahibə verib.

-Komandanın hazırlıq prosesi necə gedir? Sizi narahat edən hansısa məqamlar var?

-Komandamız iyunun 28-dən məşqlərə başlayıb. Legionerlərin bir neçəsi iyulun əvvəlindən məşqlərə qoşulmuşdu. Əsasən fiziki təmrinlər yerinə yetirilir. Son iki gündə komanda gündəlik məşqləri 2-yə çatdırıb. İyulun 8-də isə əvəzedici heyətimizlə yoxlama matçı nəzərdə tutulub. Oyunun ertəsi gün istirahət olacaq, daha sonra toplanışın Ərzurum hissəsi başlayacaq. İyulun 10-dan 25-dək Ərzurumda məşq keçəcəyik və 3 yoxlama matçında gücümüzü sınayacağıq. Belə, hər şey plan üzrə davam edir. Yeni sezona hazırlaşırıq. 

 

-Son iki transferiniz "Sportinq"in sabiq üzvü Jatoba və millimizin müdafiəçisi Bəxtiyar Həsənalızadə oldu. Hər iki oyunçu ilə uzun müddət idi maraqlanırdız, yoxsa yeni təklif olunublar kluba?

-Bəli, son iki transferimiz onlardır. Amma biz tək Jatoba və Bəxtiyarı deyil, bütün transferləri ciddi araşdırıb, onlar haqda dolğun məlumat toplayırıq. Çalışırıq ki, heyətə cəlb etdiyimiz və keçidini nəzərdə tutduğumuz oyunçular komandaya faydalı olsunlar. Heyətimizi gücləndirsinər. 

 

-Transferlərin davamı gələcək, yoxsa artıq kifayətlənəcəksiz?

-İndinin özündə də, danışıq apardığımız futbolçular var. Yəqin ki, yaxın günlərdə onlarla da müqavilə imzalanacaq və bununla bağlı ictimaiyyətə məlumat veriləcək.

 

-Artıq əlinizdə tam olaraq istədiyiniz heyət komplektləşib?

-Yox, hələ ki, komanda tam komplektləşməyib. Qeyd etdiyim kimi, keçidində maraqlı olduğunuz və danışıq apardığımız futbolçular var. Əlbəttə, elə futbolçular da oldu ki, komandamızda görmək istəsək də, daha sərfəli təklif qarşılığında seçimini başqa olkənin klubunun xeyrinə etdilər. Amma digər oyunçularla da danışıq aparırıq.

 

-"Qəbələ"də sizin rəhbərliyiniz altında oynamış Ürfan Abbasov və Ülvi İsgəndərlini komandaya cəlb etdiz. Maraqlıdır, "Qəbələ"dən tanıdığınız başqa oyunçuları da indiki komandanıza gətirmək istəyirsiz?

-Kimləri istəyirikdiksə, onların da keçidini həll etdik.

 

-"Araz-Naxçıvan" rəhbərliyinin sizin qarşınıza qoyduğu əsas hədəf nədən ibarətdir, avrokuboklara vəsiqə?

-Əsas məqsəd intizamlı, mübariz, nə istədiyini bilən komanda qurmaqdır. İntizam, birlik olmayan yerdə nəticə qazanmaq mümkün deyil. Təbii ki, biz də üst pillələrdə yer almaq istəyirik. Hər şey mövsümün gedişində görünəcək.

 

-Artıq komandanın ev oyunlarını Naxçıvanda deyil, Bakıda keçirəcəyi dəqiqləşdi. Siz özünüz hansı variantın reallaşmasını istəyirdiz?

-Əlbəttə, hər bir komanda öz doğma məkanında, azarkeşləri qarşısında oynamağı istəyir. Biz də Naxçıvanda meydana çıxmaq, azarkeşlərimizin dəstəyini qazanmaq, futbolçularımızla onları sevindirmək istəyərdik. Bu gün "Araz-Naxçıvan"ın Bakıda oynaması sırf bizdən asılı deyil. Stadionla bağlı problem var. Ümid edirik ki, tezliklə bu məsələ həllini tapacaq və biz də rəqiblərimizi doğma məkanda qəbul edəcəyik.

 

writer photo
Əlirza Əlirzalı
0