Avropa Liqasının liqa mərhələsinin açılış matçında "Tottenhem" evdə "Qarabağ"ı qəbul edəcək.
Apasport.az xəbər verir ki, turun ilk qarşılaşmasında "spurs"un vitse-kapitanı, Argentina millisi ilə dünya çempionu olan Kristian Romero "Qarabağ"a qarşı forma geyinə bilməyəcək.
Buna səbəb 26 yaşlı futbolçunun cəzalı durumda olmasıdır.
Romero iki mövsüm əvvəl "Tottenhem"in "Milan"la 1/8 final matçında 2 sarı vərəqə alaraq meydandan qovulmuşdu.
“Tottenhem” ötən mövsüm avrokuboklarda iştirakdan kənarda qalsa da, UEFA reqlamenti dayandırılmaların gələcək turnirlərə aid edildiyini bildirir. Buna görə də, Romero qarşıdakı Avropa Liqası oyununda - "Qarabağ"la matçda cəzasını çəkəcək.
Qeyd edək ki, sentyabrın 26-da baş tutacaq "Tottenhem" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.