“Atletiko”dan “Leypsiq”ə
27.08.2024 - 10:54
“Atletiko”dan “Leypsiq”ə

19 yaşlı belçikalı Artur Vermiren "Atletiko Madrid"i müvəqqəti tərk edib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, yarımmüdafiəçi mövsümün sonuna qədər Almaniyanın "Leypsiq" klubunda icarə əsasında çıxış edəcək.

İcarə müddətinin sonunda oyunçu daimi olaraq Almaniya təmsilçisinin heyətində qala bilər.

Belə ki, Vermiren "Bulls"da müəyyən sayda oyun keçirərsə, "Leypsiq" belçikalı yarımmüdafiəçini almaq məcburiyyətində qalacaq. Maddə aktivləşdirilərsə, tərəflər arasında müqavilə 2029-cu ilə qədər qüvvədə olacaq.

Xatırladaq ki, Artur “Atletiko"nun heyətinə yanvarda qoşulmuşdu. Yarımmüdafiəçi ötən mövsüm Madrid klubunun heyətində cəmi 5 oyun keçirib.

Qeyd edək ki, Artur Belçika yığmasının da üzvüdür. O, millidə 4 oyunda meydana çıxıb.

writer photo
Əlirza Əlirzalı
0