“Milan” kapitansız qaldı
03.10.2022 - 18:33
“Milan” kapitansız qaldı

“Milan” ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu müdafiəçisi və kapitanı Davide Kalabriyanın xidmətindən məhrum olub.

“Rossonyeri”nin 25 yaşlı futbolçusu ən azı ilin sonunadək meydana çıxmayacaq. Kalabriya “Empoli” ilə matçda zədələnib. 

Qeyd edək ki, A seriyasının VIII turunun qarşılaşmasında milanlılar 3:1 hesablı qələbə qazanıb.

writer photo
Əlirza Əlirzalı
0