Kişi həndbolçulardan ibarət “Kür” klubu bu gün avrokubok mübarizəsinə start verib.
Apasport.az xəbər verir ki, Mingəçevir təmsilçisi Avropa kubokunda yarışa 2-ci mərhələdən başlayıb.
“Kür” “Parnassos”la ilk duelə çıxıb. Kipr klubunun nominal meydan sahibi sayılacağı qarşılaşma Mingəçevirdə baş tutub. Fasiləyə məğlub yollanan komandamız ikinci hissədə vəziyyəti öz xeyrinə dəyişə bilib.
Qeyd edək ki, komandalar arasında cavab görüşü sabah baş tutacaq.
Avropa kuboku
2-ci mərhələ, ilk oyun
26 iyun
17:00. “Parnassos” (Kipr) – “Kür” (Azərbaycan) - 31:35 (17:16)
Hakimlər: Stefan Berdiç, Filip Sorak (hər ikisi Serbiya)
Mingəçevir. “Kür” Olimpiya İdman-Tədris Mərkəzi
- “Apasport”dan 8 uduş: “ÖDƏNİŞLİ”DƏ DAHA BİR DUBL
- Elmar Baxşıyev: "Futboldan uzaqlaşmaq mümkün deyil" -Açıqlama
- Nazim Sadıxov UFC-də rəqibinin qaşını yardı - VİDEO - FOTO
- “Aris”in prezidenti: “Neftçi” titulları olan çox çətin komandadır”
- Türkiyəli məşqçidən gözlənilməz qərar: "Santyaqo Bernabeu"da məşq etməyəcəklər