"Çelsi"dən 35 milyonluq təklif
24.11.2023 - 10:36
"Çelsi"dən 35 milyonluq təklif

"Çelsi" Santyaqo Ximenesi heyətinə qatmağı planlaşdırır.

Apasport.az xəbər verir ki, İngiltərə klubu transfer üçün 35 milyon funt sterlinq təklif edib.

Londonlular "Napoli"nin hücumçusu Viktor Osimhenin çox baha olması üzündən alternativ varianta əl atıb. Bu üzdən də Ximenesin transferi ön plana keçib. “Feyenoord”un hücumçusu “Real”, “Barselona”, “Yuventus”, “Milan” və “Inter” kimi klublar da elçi düşüb.

Qeyd edək ki, 22 yaşlı futbolçunun klubu ilə müqaviləsi 2027-ci ildə başa çatacaq. 

writer photo
Əlirza Əlirzalı
0