“Beşiktaş”da istefa
22.12.2023 - 09:40
“Beşiktaş”da istefa

“Beşiktaş” baş məşqçisi Rza Çalımbayla yolları ayırıb.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

İstanbul təmsilçisinin evdə “Alanyaspor”a 1:3 hesablı məğlubiyyətindən sonra klubun idarə heyətinin iclası keçirilib. Müzakirələr sonunda Rza Çalımbayın müqaviləsinə xitam verilməsinə qərar verilib. 

Qeyd edək ki, bu, “Beşiktaş”da mövsümdə 3-cü baş məşqçi dəyişikliyidir. Belə ki, çempionata Şenol Günəşin rəhbərliyi altında başlayan “qara qartal” onun istefasından sonra köməkçisi Burak Yılmaza tapşırıldı. Uğursuz nəticələr səbəbindən istefa vermək məcburiyyətində qalan Yılmazın gedişindən sonra Çalımbay bu posta gətirilmişdi.
 

writer photo
Əlirza Əlirzalı
0