ÇL: Altı klub 1/8 finalın bir addımlığında
25.10.2022 - 10:26
ÇL: Altı klub 1/8 finalın bir addımlığında

Bu gün Çempionlar Liqasında V tura start veriləcək.

Apasport.az saytının məlumatına görə, E, F, G və H qruplarında matçlar baş tutacaq.

Növbəti mərhələyə yüksələn “Real”la “Mançester Siti” bu gün qrup birinciliyini təmin edə bilər. “Borussiya” D, “Çelsi”, “Benfika”, “Leypsiq”, PSJ, “Zalsburq” 1/8 finala vəsiqəni rəsmiləşdirmək imkanına malikdir.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

E qrupu
⚽  20:45. “Zalsburq” – “Çelsi”
⚽  23:00. “Dinamo” Z – “Milan”
F qrupu
⚽  23:00. “Seltik” – “Şaxtyor”
⚽  23:00. “Leypsiq” – “Real”
G qrupu
⚽  20:45. “Sevilya” – “Kopenhagen”
⚽  23:00. “Borussiya” D – “Mançester Siti”
H qrupu
⚽  23:00. PSJ – “MaKKabi” H
⚽  23:00. “Benfika” – “Yuventus”
 

writer photo
Əlirza Əlirzalı
0