Musa Qurbanlı 71-ci oldu
20.11.2022 - 18:24
Musa Qurbanlı 71-ci oldu

Musa Qurbanlı Azərbaycan millisində qol hesabını açıb.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın hücumçusu Şimali Makedoniya ilə yoldaşlıq görüşündə fərqlənib.

Skopyedəki matçda 20 yaşlı forvard özünün yığmadakı 5-ci oyununda ilk qolunu vurub. Musa yığma tarixinə qol sevinci yaşayan 71-ci oyunçu kimi düşüb. Bu görüşə qədər 70 futbolçumuz rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Şimali Makedoniya ilə qarşılaşmada millinin ilk qolunun müəllifi Elvin Cəfərquliyev də siftə edib.

writer photo
Əlirza Əlirzalı
0