“Qarabağ” avrokubokların “10-luğ”unda – 4 turdan sonra
18.10.2022 - 11:03
“Qarabağ” avrokubokların “10-luğ”unda – 4 turdan sonra

Avrokubokların qrup mərhələlərində 4 turdan sonra ən az qol buraxan komandaların sıralaması açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycanın qitəmiqyaslı turnirlərdəki təmsilçisi “Qarabağ” da siyahıda var.

Avropa Liqasının G qrupunda mübarizə aparan Ağdam təmsilçisi keçirdiyi 4 matçda qapısında cəmi 2 top görüb. Qurban Qurbanovun yetirmələri ilə yanaşı, daha 6 komanda bu göstəriciyə nail olub. “Qarabağ” top fərqinə görə həmin klublardan 3-nü qabaqlayaraq, 10-cu pillədə qərarlaşıb.

Avropa arenasında bu mövsüm qol buraxmayan iki komanda var ki, bunlar “Başakşehir” və “Brügge”dir. Konfrans Liqasında mübarizə aparan Türkiyə klubunda top fərqi +10-dursa, Çempionlar Liqasının iştirakçısı olan belçikalılarda +7-yə bərabərdir.

İki və daha az qol buraxan 13 komandadan ikisinin ehtiyatında bir oyun var. “Arsenal” – PSV qarşılaşması oktyabrın 20-nə təxirə salınıb.

1. “Başakşehir” (Türkiyə: Konfrans Liqası) – 0 qol (top fərqi +10)
2. “Brügge” (Belçika: Çempionlar Liqası – 0 (+7)
3-4. “Mançester Siti” (İngiltərə: Çempionlar Liqası) – 1 (+10)
3-4. “Frayburq” (Almaniya: Avropa Liqası) – 1 (+10)
5. “Real Sosyedad” (İspaniya: Avropa Liqası) – 1 (+7)
6. “Arsenal” (İngiltərə: Avropa Liqası) – 1 (+5)
7. “Bavariya” (Almaniya: Çempionlar Liqası) – 2 (+11)
8. PSV (Niderland: Avropa Liqası) – 2 (+9)
9. “Real” (İspaniya: Çempionlar Liqası) – 2 (+6)
10. “Qarabağ” (Azərbaycan: Avropa Liqası) – 2 (+5)
11. “Çelsi” (İngiltərə: Çempionlar Liqası) – 2 (+4)
12. ÇFR (Rumıniya: Konfrans Liqası) – 2 (+2)
13. “Union” (Almaniya: Avropa Liqası) – 2 (0)

writer photo
Əlirza Əlirzalı
0