"Tottenhem" Ndombele ilə müqaviləni ləğv etdi
12.06.2024 - 17:57
"Tottenhem" Ndombele ilə müqaviləni ləğv etdi

Premyer Liqa klublarından "Tottenhem" yarımmüdafiəçisi Tanquy Ndombele ilə müqaviləni ləğv edib.

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.  

Klubdan verilən açıqlamada Ndombelenin 2025-ci ildə başa çatacaq müqaviləsinə xitam verildiyi bildirilib.

Ndombele 2019-cu ilin yayında "Lion"dan Premyer Liqa klubuna keçib. 

Ümumilikdə, "Tottenhem" forması ilə 91 oyuna çıxan fransız 10 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb. 

Qeyd edək ki, Ndombele 2023/24 mövsümünü icarə əsasında "Qalatasaray"da keçirib.

writer photo
Əlirza Əlirzalı
0