“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Lex” iki futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib.
Apasport.az saytı xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Bildirilib ki, yarımmüdafiəçilər – çexiyalı Yan Sikora və ispaniyalı Daniel Ramires təlim-məşq toplanışında yeni baş məşqçi Con van den Bromun ümidlərini doğrultmayıb. Çalışdırıcı hələ yoxlama görüşlərindən sonra Sikoranın xidmətinə ehtiyac duymadığını rəhbərliyə bildirib. Məhz bu üzdən o, “Qarabağ”la oyunların iştirak ərizəsinə salınmayıb.
Ancaq müqaviləsi davam etməsinə baxmayaraq, Ramireslə bağlı son anda verilən qərar gözlənilməz olub.
Qeyd edək ki, “Qarabağ”la “Lex” arasında ilk oyun bu gün Poznan stadionunda keçiriləcək.