“Liverpul” müdafiəçisini satır
02.08.2022 - 17:12
“Liverpul” müdafiəçisini satır

“Liverpul”un müdafiəçisi Natanyel Fillips bu yay klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı oyunçu “Bornmut” və “Fulhem”in maraq dairəsindədir.

“Qırmızılar” futbolçusunun satışından 10 milyon funt-sterlinqdən çox gəlir əldə etmək istəyir. Bu üzdən rəhbərlik digər klublardan buna uyğun təklif gözləyir.

Qeyd edək ki, Natanyel Fillips 2016-cı ildən “Liverpul”da çıxış edir. O, ötən mövsümün ikinci yarısında icarə əsasında “Bornmut”un formasını geyinib.

writer photo
Əlirza Əlirzalı
0