Avropa Kubokunda 5 medal: 1-i qızıldır
12.03.2023 - 00:46
Avropa Kubokunda 5 medal: 1-i qızıldır

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirinin ilk günündə 5 medal qazanıb.

Apasport.az-ın xəbərinə görə, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günü Azərbaycan cüdoçuları 1 qızıl və 4 bürünc medal əldə edib.

Turnirin ilk günündə qızların yarışında 40 kq, 44 kq, 48 kq və 52 kq çəki dərəcələrində 14 cüdoçumuz, oğlanların yarışında isə 50 kq, 55 kq, 60 kq və 66 kq çəki dərəcələrində 17 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

Mirxaliq İsgəndərov (55 kq) qızıl, Əhməd Rüstəmov (50 kq), Ayxan Mirzəzadə, Fərid Qarayev (hər ikisi 55 kq) və Ümid Qurbanov (60 kq) bürünc medal qazanıb.

writer photo
Əlirza Əlirzalı
0