Azərbaycan - İsveç matçının biletləri satışa çıxarılıb
12.08.2024 - 18:32
Azərbaycan - İsveç matçının biletləri satışa çıxarılıb

UEFA Millətlər Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Azərbaycan – İsveç oyununun biletləri satışa çıxarılıb.

Apasport.az xəbər verir ki, biletlərin qiymətləri sektorlara görə 3, 5 və 10 manat təşkil edir.

VİP sektorunun biletlərinin qiyməti isə 20-30 manatdır.

Biletləri "İtickets" və satış kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, qarşılaşma sentyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0