Qana millisinin baş məşqçisi qovuldu
24.01.2024 - 11:22
Qana millisinin baş məşqçisi qovuldu

Kris Hüyuton Qana millisinin baş məşqçisi vəzifəsindən qovulub.

Apasport.az xəbər verir ki, qanalılar Afrika Kubokunun qrup mərhələsində cəmi 2 xal toplayıb.

Xatırladaq ki, ingiltərəli mütəxəssis ötən ilin mart ayından Qana millisini çalışdırırdı. Bundan öncə isə o, 1 il texniki köməkçi işləyib.

Qeyd edək ki, Afrika Kubokunun qrup mərhələsinin son turunun matçında Qana 91-ci dəqiqəyə qədər Mozambikdən 2:0 üstün olsa da, qələbəni əldən verib.
 

writer photo
Əlirza Əlirzalı
0