Portuqaliyalı ulduz PSJ və “Bavariya”nın hədəfində
20.10.2022 - 22:38
Portuqaliyalı ulduz PSJ və “Bavariya”nın hədəfində

Joao Feliks “Atletiko”dan getməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçu qışda klubunu dəyişmək niyyətindədir.

İspaniya klubu portuqaliyalını buraxmasa, forvard yayı gözləyəcək. Joaonun qışda sonradan alınmaq öhdəliyi ilə yarım illik icarəyə verilməsi də nəzərdən keçirilir.

Hazırda futbolçuya üç klub maraq göstərir. Bunlar PSJ, “Bavariya” və adı açıqlanmayan İngiltərə təmsilçisidir. Fransa çempionu artıq portuqaliyalının əhatəsi ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Joao cari mövsümdə 9 oyun keçirib.
 

writer photo
Əlirza Əlirzalı
0