Yığmamızdan ardıcıl ikinci qələbə
11.10.2022 - 20:30
Yığmamızdan ardıcıl ikinci qələbə

Futzal üzrə dünya çempionatının əsas mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi bu gün ikinci oyununa çıxıb.

6-cı qrupda yer alan Joze Alesio da Silvanın yetirmələri Afinada Yunanıstanın qonağı olub. Dörd gün əvvəl Bakıda Polşanı (4:3) məğlub edən yığmamız bu dəfə yunanları darmadağın edib - 7:0.

Qeyd edək ki, Azərbaycan yığması qrupda üçüncü oyununu gələn il martın 3-də evdə Yunanıstana qarşı keçirəcək.

DÇ-2024-ün əsas mərhələsi
6-cı qrup, 11 oktyabr
Yunanıstan - Azərbaycan – 0:7
Qollar:
Rafael Vilela, 1:43, Xətai Bağırov, 5:00, 15:17, Qallo, 17:32, 24:38, Bolinya 26:28, Felipinyo, 38:52
Hakimlər: Ademir Avdiç, David Qlavonjiç, George Jansizian (hamısı İsveç)
Afina, Teodoros-Putos İdman zalı

1

Azərbaycan

2

2

0

0

11-3

6

2

Polşa

2

1

0

1

6-4

3

3

Yunanıstan

2

0

0

2

0-10

0

writer photo
Əlirza Əlirzalı
0