Arda Gülər bu ili oyuna çıxmadan başa vuracaq
17.12.2023 - 17:26
Arda Gülər bu ili oyuna çıxmadan başa vuracaq

“Real”ın yarımmüdafiəçisi Arda Gülər ​​2023-cü ildə meydana çıxa bilməyəcək.

Apasport.az xəbər verir ki, Madrid klubu 18 yaşlı futbolçunun sağalması üçün tələsmək istəmir və hesab edir ki, oyunçuya sağalmaq üçün vaxt verilməlidir.

Türkiyəli futbolçu hələ heç vaxt “kral klubu”nun heyətində matça çıxmayıb. İyulda o, menisk zədəsi alıb, sentyabr və noyabr aylarında isə əzələ zədələnməsi diaqnozu qoyulub.

Qeyd edək ki, gənc ulduz namizədi bu ilin yayında "Fənərbaxça"dan Madrid "Real"ına transfer olunub. 

writer photo
Əlirza Əlirzalı
0