Rekordun iki addımlığında
19.01.2023 - 09:33
Rekordun iki addımlığında

“İnter” tarixində 7-ci dəfə İtaliya Superkubokunu qazanıb.

Apasport.az saytının məlumatına görə, Simone İnzaqinin yetirmələri “Milan”ı 3:0 hesabı ilə darmadağın edib.

Ardıcıl ikinci dəfə bu mükafata yiyələnən “neradzurra” Superkubok sayında derbidəki rəqibinə çatıb. “Milan”ın da eyni sayda uğuru var.

Rekord isə “Yuventus”a məxsusdur. Turinlilər 9 dəfə Superkubok sahibi olub. “İnter”lə “Milan”ı onlardan iki titul ayırır.

Qeyd edək ki, Milan derbisi Səudiyyə Ərəbistanında baş tutub. 
 

writer photo
Əlirza Əlirzalı
0