Çempionlar Liqasının bu həftə keçirilən oyunları daha bir böyük uduşla əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, IV turun 8 matçından dördündə yüksək məhsuldarlıq qeydə alınması bukmeker kontorunun müştərisinə sevinc bəxş edib.
O, ekspress kuponda dörd oyuna 5,5 Üst proqnozlaşdırıb. “Viktoriya” - “Bavariya” (2:4), “Barselona” – “İnter” (3:3), “Reyncers” – “Liverpul” (1:7) və “Napoli” – “Ayaks” (4:2) matçlarında 6 və ya daha çox qol gözləyən better istəyinə çatıb.
Cəmi 200 Rusiya rubluna (5 manat 22 qəpik) mərc gələn betterin 2618 əmsallıq kuponu uğurlu alınıb. O, 523 min 600 rubl (13 min 665,96 manat) uduş əldə edib.