Bundesliqa klubunda yeni qapıçı
10.10.2022 - 22:54
“Leypsiq” heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.
Bundesliqa təmsilçisi qapıçı Eryan Nyulandı transfer edib. Norveç millisinin 32 yaşlı qolkiperi ilə müqavilə mövsümün sonunadək nəzərdə tutulub.
Son klubu “Redinq” olan Nyuland azad agent kimi leypsiqlilərə qoşulub. O, əsas qapıçı Peter Qulaçi zədələndiyi üçün transfer olunub. Lakin norveçli Çempionlar Liqasında oynaya bilməyəcək.
Qeyd edək ki, Nyuland “Bornmut”, “Aston Villa”, “İnqolştadt” və “Molde”də də çıxış edib.
0
0