Qrizmann Anri və Zidanı geridə qoydu
10.12.2022 - 23:54
Fransa millisinin futbolçusu Antuan Qrizmann dünya çempionatının İngiltərə ilə 1/4 final matçında vurulan ilk hissədə vurulan yeganə qolda məhsuldar ötürmə etməklə tarixə düşüb.
Apasport.az xəbər verir ki, Madrid "Atletiko"sunun oyunçusu Fransa millisinin 27 qoluna ötürmə ilə töhfəsini verib ki, bu, son 50 ildə ən yaxşı nəticədir.
O bu nəticə ilə Tyeri Anri və Zinəddin Zidanı arxada qoyub. Onlarda bu göstərici 26 idi.
0
0